
Cənubi Koreyanın Çjonçju şəhərində məktəbə hücum edən şagird 6 nəfəri yaralayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs silahlı olub, lakin agentlik onun konkret nə ilə silahlandığını açıqlamayıb.
Yaralananlar arasında müəllim də var. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar, lakin heç birinin vəziyyəti ağır deyil.
Zərərçəkənlərə tibbi yardım göstərilir.
Gununsesi.info