
Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 28 nəfərin həlak olması səbəbindən İranda sabah bir günlük matəm elan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan əyalətində üçgünlük matəm elan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Hörmüzqan valisi Şəhid Rəcai limanında 18 nəfərin ölümü ilə nəticələnən partlayışın ardından bu qərarı açıqlayıb.
Vali bildirib ki, partlayış nəticəsində ölənlərin sayı arta bilər.