
Bütün dünyada silahlanma yarışı sürətlənir. 2024-cü ildə hərbi xərclər Soyuq Müharibədən bəri ən yüksək sürətlə artacaq. Ən yüksək artım Avropada müşahidə olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi və ABŞ-ın NATO-dan çıxmaq istəyi silahlanma yarışını başlatdı.
Ötən il dünya müdafiə xərclərinə 2,7 trilyon dollar xərcləyib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dərc etdiyi hesabata görə, xərclər 2023-cü ilə nisbətən yüzdə 9,4 artaraq,
1989-cu ildə Soyuq Müharibə bitdikdən sonra ən yüksək xərc artımıdır.
Dünyanın 100-dən çox ölkəsi 2024-cü ilə qədər hərbi xərclərini artırıb. Avropada 17 faizlik əhəmiyyətli artım müşahidə olunub.
Rumıniyanın xərcləri keçən il 8,7 milyard dollara çatıb. Hollandiya 35 faiz artım və 23,4 milyard dollarla ikinci olub.
Almaniyada hərbi xərclər 28 faiz artaraq 88 milyard dollara çatıb.
Dünyanın ümumi xərclərinin 37 faizi təkcə ABŞ-nin payına düşür.
Orxan