“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu oldu

“Qarabağ” komandası futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olub.

Gununsesi.info xəbər verir ki, XXXII turda “Sabah”la səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu sona 4 tur qalmış qızıl medalları təmin edib.

“Bank Respublika Arena” keçirilən matçda hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə “status-kvo” bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.

Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.

Bununla da Qurban Qurbanovun komandası 12-ci dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” evdə “Şamaxı” ilə, “Araz-Naxçıvan” isə səfərdə “Səbail”lə heç-heçə edib – 1:1. “Zirə” isə rəqib meydanında “Kəpəz”ə qalib gəlib – 1:0.

 

 

Gununsesi.info