Fransada həbsxana hücumları: - 20 şübhəli saxlanılıb

  • By Admin2
  • 28 Aprel 2025 12:01

Fransanın ədliyyə naziri Darmanin son həftələrdə həbsxanaları hədəf alan hücumlarla əlaqədar insanların nəzarətə alındığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransada son həftələrdə ölkədəki həbsxanalara edilən hücumlarla əlaqədar ən azı 20 nəfərin saxlanıldığı açıqlanıb.

Məhkəmə və hüquq-mühafizə prosesinə yaxın mənbə Fransanın France-Presse (AFP) xəbər agentliyinə bildirib ki, bu səhər paytaxt Paris bölgəsində, cənubda Marseldə, Lion və Bordoda azı 20 nəfər saxlanılıb.

Fransa Prezidenti Emmanuel Makron həbsxana parklarında avtomobillərin yandırıldığı və həbsxanalara avtomat silahların atıldığı hücumlardan sonra hücum edənlərin “tapılacağını, mühakimə ediləcəyini və cəzalandırılacağını” söylədi.

Ədliyyə naziri Gerald Darmanin, bu gün sosial media platformasında X hesabında paylaşdığı bir yazıda, “Bu səhər tezdən həbsxana rəsmilərimizə və ölkəmizin həbsxanalarına hücumlar həyata keçirdikləri iddia edilən cinayətkarların saxlanmasına görə məhkəmə və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm” deyib.

Daxili işlər naziri Bruno Retaillo da hadisəni araşdıranlara təşəkkür edərək, səlahiyyətlilərin “çox qısa müddətdə nəticə əldə etməyə imkan verdiyini” tərifləyən “peşəkarlığını” tərifləyib.

Qeyd edək ki, özünü “DDPF” adlandıran və fransız məhbusların hüquqlarını müdafiə etdiyini iddia edən qrup son iki həftədir ki, ölkə həbsxanalarını hədəfə alır, Telegram-da videolar və təhdidlər paylaşır. Polis mənbəsinin AFP-yə verdiyi məlumata görə, hücumların bəzilərində mütəşəkkil cinayət əlamətləri var, digər hərəkətlər isə “uzaq sola” işarə edib.

Orxan

Gununsesi.info