Təsadüfi olaraq araşdırılan rəflərdəki ərzaqlarda təhlükəli bakteriyalar təsbit edildi

  • By Günel
  • 28 Aprel 2025 12:47

Almaniyada marketlərdə satılan toyuq məhsullarında təhlükəli bakteriyalar aşkarlanıb. Mütəxəssislər Türkiyədə də istehlakçılara eyni risklərə qarşı gigiyena və yemək bişirmə qaydalarına riayət etmələri barədə xəbərdarlıq edib.

Toyuq əti sağlam və az yağlı qida mənbəyi kimi tanınsa da, düzgün emal edilmədikdə sağlamlıq üçün ciddi risklər daşıyır. NDR (Network Detection Response) tərəfindən aparılan araşdırmaya görə, Rewe, Aldi, Lidl və Edeka kimi böyük supermarketlərdə satılan bir çox toyuq məhsullarında təhlükəli Campylobacter (Yoluxucu ishal xəstəliklərinə yol aça bilər -red) bakteriyası aşkar edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, NDR-nin “Qidalaramızdakı hiylələr” proqramı üçün aparılan sınaqlarda supermarketlərdən və qəssablardan alınan 13 toyuq məhsulunun altısında Campylobacter bakteriyası aşkar edilib.

Aşağıdakı məhsullar xüsusilə risk altındadır:

– Aldi Nord: “Gut Bio” markalı qablaşdırılmış toyuq budları

– Edeka: “Gackerle” markalı qablaşdırılmış toyuq budları və təzə toyuq məhsulları

– Lidl: “Metzgerfrisch” markalı toyuq budları

– Rewe: Təzə ət bölməsində toyuq məhsulları

Oxşar çirklənmə orqanik məhsullarda da müşahidə edilmişdir ki, bu da istehsal üsulunun çirklənmənin qarşısını almaq üçün kifayət etmədiyini göstərir.

Campylobacter infeksiyası; qızdırma, əzələ ağrısı, mədə ağrıları və ishal kimi şikayətlərlə başlayır. Əksər hallarda xəstəlik bir həftə ərzində keçsə də, bəzi hallarda revmatizm, meningit və ya iflic kimi ciddi fəsadlar inkişaf edə bilər. Almaniyada hər il təxminən 50.000 insan bu infeksiyaya yoluxur.

Bu nəticələr  Almaniya üçün əhəmiyyətli bir xəbərdarlıqdır. Xüsusilə gigiyena standartlarının fərqli olduğu istehsal və satış zəncirlərində Campylobacter və Salmonella kimi bakteriyalarla qarşılaşmaq mümkündür. Mütəxəssislər yoluxmamaq üçün toyuq ətinin düzgün hazırlanmasını tövsiyə edir:

– Toyuq əti heç vaxt yuyulmamalıdır.

– Əllərlə birbaşa təmas əvəzinə çəngəl, bıçaq və ya əlcəkdən istifadə edilməlidir.

– Toyuq əti ilə təmasda olan mətbəx qabları isti su və yuyucu vasitə ilə təmizlənməlidir.

– Bakteriyaları yox etmək üçün ət tamamilə bişirilməlidir.

Günel Həsənova

Gununsesi.info