Rusiyada tur avtobusu aşdı: 35 nəfər yaralandı

  • By Günel
  • 28 Aprel 2025 08:34

Rusiyanın Vladimir vilayətində tur avtobusu aşıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 35-ə yaxın insan xəsarət alıb.

İlkin məlumata görə, avtobus xəndəyə düşüb və sonra aşıb.

Hadisə zamanı avtobusda 55 nəfər olub.

Hadisə yerində Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Gununsesi.info