800-dən çox hədəfi vurduğunu bildirib…

  • By Admin2
  • 28 Aprel 2025 10:20

ABŞ ordusu martın 15-də Yəməndə husi hərəkatına qarşı davamlı hava və dəniz zərbələri endirdikdən sonra 800-dən çox hədəfi vurduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bazar günü son əməliyyatları yekunlaşdıran bəyanatda ABŞ Mərkəzi Komandanlığı “yüzlərlə husi döyüşçüsü və çoxsaylı husi liderini öldürdüyünü” bildirib.

Vaşinqton İranın dəstəklədiyi husilərin Qırmızı dəniz və Ədən körfəzində gəmiçilik üçün yaratdığı təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçdiyini bildirib.

Yəməndə ölkənin böyük ərazilərinə nəzarət edən husilər ABŞ-ın bazar günü paytaxt Sənaya son hücumunda qadın və uşaqlar da daxil olmaqla ən azı 8 nəfərin öldüyünü bildirib.

Bu ayın əvvəlində Husilərin idarə etdiyi səhiyyə nazirliyi ABŞ-ın husilərin nəzarətində olan Qırmızı dəniz sahilinə endirdiyi hava zərbələri nəticəsində ən azı 74 nəfərin öldüyünü, 171 nəfərin isə yaralandığı qeyd edilib.

Qeyd edək ki, keçən ay Tramp husilərin nəzarətində olan ərazilərə genişmiqyaslı zərbələr endirmək əmrini verdi və onların “tamamilə məhv ediləcəyi” ilə hədələdi.

O, həmçinin İrana qruplaşmanı silahlandırmaması barədə xəbərdarlıq edib.

Orxan

Gununsesi.info