Türkiyədə ardıcıl zəlzələlər oldu

  • By Günel
  • 27 Aprel 2025 12:45

Kütahyada 3 bal gücündə 2 zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub.

Yerli vaxtla saat 08:00-da qeydə alınmış zəlzələnin ocağı 6.2 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət barədə məlumat verilməyib.

Gununsesi.info