
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.
“İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və yaxınlarına, həmçinin İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını səmimi-qəlbdən arzulayırıq”, – paylaşımda deyilir.
Qeyd edək ki, İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində 18 nəfər ölüb, 750 nəfərdən çox insan xəsarət alıb