Yasamalda obyekt yandı

  • By Günel
  • 27 Aprel 2025 17:33

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

Bu barədə Gununsesi.info-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 700 m² olan obyektin (gözəllik salonu kimi fəaliyyət göstərir) içərisində 4 ədəd məişət avadanlığı və 10 m² sahədə məişət əşyaları yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info