Tramp gözünü Süveyş kanalına dikib: - Misir “oğurluğa” cavab verir

  • By Admin2
  • 28 Aprel 2025 10:52

ABŞ prezidenti Donald Tramp bildirib ki , ABŞ hərbi və kommersiya gəmilərinə qlobal ticarət və hərbi əməliyyatlar üçün iki strateji marşrut olan Panama və Süveyş kanalları vasitəsilə sərbəst hərəkət etmələrinə icazə verilməlidir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Bu kanallar Birləşmiş Ştatlar olmadan mövcud olmazdı. Mən Dövlət Katibi Marko Rubiodan bu vəziyyətlə dərhal məşğul olmasını xahiş etdim”, – Tramp Truth Social-da yazıb.

Əl-Ərəbi Əl-Cədidə danışan misirli jurnalist və deputat Mustafa Baqeri Trampın açıqlamalarını tənqid edib.

“Prezident Trampın hansı əsasla Amerika gəmilərinin həm ticari, həm də hərbi gəmilərinin Süveyş kanalından sərbəst keçməsinə icazə verilməsini tələb etdiyini bilmirəm”, – deyə Baqeri bildirib.

“Məncə, bunun yalnız bir səbəbi var” deyən Baqeri əlavə etdi: “Amerikanın zorakılıq siyasəti və suveren xalqları şantaj etmək cəhdləri. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvü olan müstəqil bir ölkəyə açıq-aşkar oğurluq və xəracın qoyulmasıdır”.

Panama prezidenti Xose Raul Mulino X-də Trampın adını çəkmədən cavab verib: “Kanalımızdan keçən bütün gəmilərin keçidi və xərcləri muxtar idarəetmə orqanı olan Panama Kanalı İdarəsi (ACP) tərəfindən tənzimlənir. Əksinə heç bir razılaşma yoxdur”.

Orxan

Gununsesi.info