Gəncədə 3 nəfər bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, bıçaqlanan şəxslərin sayının üç nəfər olduğu məlum olub.

Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonunun Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və Ələddin Əlizadə də bıçaq xəsarətləri alıblar.

Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Z.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.