
İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
***
10:34
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində yaralananların sayı 1139 nəfərə çatıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani məlumat verib.
***
05:16
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
***
00:13
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
23:24
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İskəndər Momeni məlumat verib.
O bildirib ki, yaralananların sayı 750-ə çatıb.
“İndi əsas vəzifə yaralanların xilas edilməsi və yanğının tamamilə söndürülməsidir, – o, IRIB telekanalının efirində bildirib.
Momeni bildirib ki, hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanları işlərini davam etdirir.
***
20:42
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı artıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Hazırda yaralıların sayı 700-ə çatıb.
***
19:43
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə məlumat verib.
“Qurbanların sayı artmaqda davam etsə də, bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tərk edirlər”, – Həsənzadə IRIB telekanalında çıxışı zamanı deyib.
O həmçinin bildirib ki, hazırda vəziyyət nəzarət altındadır. Yanğının söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
***
16:50
İranın cənubundakı Şəhid Recai limanda baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Yaralananların sayı 516 nəfərə çatıb.
İlkin məlumatlara görə, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələrin saxlandığı anbarda baş verib.
***
15:39
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İlkin məlumatlara görə, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələrin saxlandığı anbarda baş verib.
***
15:22
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələrin saxlandığı anbarda baş verib.
***
14:57
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
***
14:18
İranın Şəhid Recai limanında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı artaraq 80 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
***
14:03
İranın Şəhid Recai limanında baş vermiş partlayış nəticəsində təxminən 50 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Rəsmi qurumlardan hələlik əlavə açıqlama verilməyib.
***
13:23
İranın Bəndər- Abbas şəhərində Şəhid Rəcai limanında partlayış olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Partlayışın səbəbi hələlik məlum deyil, itkilər və dağıntılar barədə informasiya yoxdur.