
Rəsmi dırmaşma mövsümü xaricində Fuji dağına çıxan 27 yaşlı universitet tələbəsi mobil telefonunu axtarmaq üçün geri qayıtdıqdan sonra dörd gündə iki dəfə xilas edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada yaşayan çinli tələbə ilk dəfə çərşənbə axşamı dəniz səviyyəsindən təxminən 3000 m (9,800 fut) hündürlükdə yerləşən Fujinomiya cığırında olarkən vertolyotla xilas edilib.
O, kramplarını itirdikdən sonra cığırdan enə bilməyib.
Lakin günlər sonra o, telefon da daxil olmaqla, qoyub getdiyi əşyaları götürmək üçün dağa qayıdıb. Alpinist yenidən xilas edilib.
Hazırda təhlükəsi yoxdur.
Ekologiya Nazirliyinin məlumatına görə, hazırda Fuji dağının zirvəsinə aparan bütün yollar bağlıdır.
Orxan