İran infrastrukturuna kütləvi kiberhücum cəhdi

  • By Admin2
  • 28 Aprel 2025 13:04

İran ölkənin infrastrukturuna edilən kütləvi kiberhücumun qarşısının alındığını açıqlayıb. Hökumətin bəyanatında deyilir ki, dünənki hücum “mürəkkəb və əhatəli” olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Behzad Əkbəri X sosial media hesabından paylaşdığı açıqlamada dünən “mürəkkəb və hərtərəfli” olaraq xarakterizə etdiyi kiber hücumun qarşısı alındığını bildirib.

Ekberi açıqlamasında, “Allahın köməyi ilə Rabitə İnfrastruktur Şirkəti və Rabitə Nazirliyinin təhlükəsizlik və texniki qruplarının işi ilə dünən ölkənin infrastrukturunu hədəf alan hərtərəfli, kompleks kiber hücumlardan biri təsbit edildi və qabaqlayıcı tədbirlər görüldü” deyib.

İran rəsmisi hadisə ilə bağlı əlavə məlumat verməyib.

Orxan

Gununsesi.info