“Barselona” azarkeşləri “Arsenal”ın bayrağını dalğalandırdılar

  • By Günel
  • 27 Aprel 2025 15:00

“Barselona” azarkeşləri İspaniya Kubokunun finalında “Real Madrid”ə qalib gəldikdən sonra tribunalarda İngiltərənin “Arsenal” klubunun bayrağını qaldırıblar.

Gununsesi.info xəbər verir ki, bu, Kataloniya komandasının əlavə vaxtda 3:2 hesablı qələbəsinin ardından baş verib.

Xatırladaq ki, “Real Madrid” 1/4 final mərhələsində “Arsenal”a səfərdə 0:3, evdə 1:2 hesabı ilə uduzaraq, Çempionlar Liqasının ilə vidalaşıb.

“Barselona” və “Real Madrid” La Liqanın XXXV turunda da qarşılaşacaqlar. Oyun mayın 11-də Kataloniya paytaxtında baş tutacaq.

Qeyd edək ki, İspaniya çempionatında 33 turdan sonra “Barselona” 76 xalla liderdir. “Real Madrid” isə 72 xalla ikincidir.

Gununsesi.info