
Mersində bir nəqliyyat şirkətinin sahibi sürücülərin iş stresini azaltmaq üçün cizgi filmi personajlarının fotoşəkilləri ilə onların sürdüyü yük maşınlarını bəzətdirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, magistral yolları xarici görünüşü ilə rəngləndirən yük maşınları sürücülərin də xoşuna gəlib.
Sürücülüyü atasından öyrənən Nusret Baykal sürücülük vəsiqəsini aldıqdan sonra, 2019-cu ildə öz nəqliyyat şirkətini qurub və 25 tır-yük maşını satın alıb. O, atasının sənəti olduğu üçün sürücülüyün çətinliklərini bildiyini deyib. Buna görə də, sürücülərin və ətrafdakıların üzünü güldürməyi məqsədi daşıyan Baykal şirkətində çalışan sürücülərin yaşadıqları stressi azaltmaq üçün, yük maşınlarından 5-ni “Tom və Cerri”, “Şirinlər” və “Bugs Bunny” kimi cizgi film qəhrəmanlarının fotoşəkilləri ilə bəzətdirib.
Görünüşü ilə keçdiyi magistralları rəngləndirən yük maşınları digər sürücülərin də diqqətini çəkib.
“Bunu görən hər kəs gülümsəyir”.
Şirkət sahibi Nusret Baykal atasının peşəsi olduğu üçün sürücü olmağın çətinliklərini yaxından bildiyini deyib.
Sürücülərin və nəqliyyat vasitələrini görənlərin gülümsəməsini hədəflədiklərini ifadə edən Baykal deyib:
“Çiyinlərində böyük yük olan sürücülərimizi sevindirmək istədik. Yük maşınlarını görən hər kəs gülümsəyir. İnsanlar yolda sürücülərimizi saxlayıb şəkil çəkdirmək istəyirlər”.
Baykal əlavə edib ki, digər yük maşınlarını da oxşar fotolarla təchiz etmək üçün çalışırlar.
Rəngli yük maşını ilə uzun yolların daha da əyləncəli olduğunu söyləyən, vətəndaşların marağı ilə qarşılandıqlarını ifadə edən sürücü: “Yük maşını görən hər kəs fotoşəkil çəkdirir. Uşaqkən biz cizgi filmi izləyə bilməmişik. Yolda olarkən insanlardan pozitiv reaksiyalar alırıq, uşaqlar bizi, biz də onları sevindiririk”,- deyə o bildirib.
Günel
Gununsesi.info