Mask Durova görə Makrona müraciət etdi

  • By Günel
  • 27 Avqust 2024 11:15

Amerikalı milyarder İlon Mask Parisdə saxlanılan Teleqramın təsisçisi Pavel Durova görə Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.

Gununsesi.info xəbər verir ki, Mask Makronun Durovun həbsi ilə bağlı X sosial şəbəkəsindəki paylaşımına cavab yazıb.

“Qlobal ictimaiyyətə onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat vermək faydalı olardı”, – Mask bildirib.

Qeyd edək ki, Teleqramın təsisçisi Pavel Durov Fransanın “Le Burje” hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.

 

Gununsesi.info