Kursk AES-ə baxış keçirmək üçün Rusiyaya getdi

  • By Günel
  • 27 Avqust 2024 11:38

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasına baxış keçirmək üçün Kurçatov şəhərinə səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 22-də ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı iclas keçirib. O, iclas zamanı bildirib ki, Ukrayna ordusu Kursk AES-ə zərbələr endirməyə cəhd edib. Rusiya lideri müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan stansiyanın hazırkı vəziyyətini soruşub. O isə cavabında vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.

 

Gununsesi.info