Ərdoğanla Tramp NATO sammitində görüşəcək

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğan və Donald Tramp NATO sammitinə qədər görüşə bilərlər.

Gununsesi.info  xəbər verir ki, bu barədə türk KİV-ləri mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edək ki, 24-25 iyun tarixlərində Haaqada keçirilməsi nəzərdə tutulan NATO sammiti Erdoğanla Trampın qatılacağı ilk yüksək səviyyəli beynəlxalq toplantı olacaq.

Məlumata əsasən, liderlər sammitə qədər Türkiyədə və ya ABŞ-da ikitərəfli görüş keçirəcək.

 

Gununsesi.info