
Qərbi Afrika ölkəsi sayılan Mavritaniyada keçirilən prezident seçkilərində Məhəmməd Veled Qazvani yenidən qalib gəlib.
Gununsesi.info-nun xarici mediaya istinadən məlumatına görə, Mavritaniya Milli Seçki Komissiyasının seçkilərin nəticələri ilə bağlı verdiyi açıqlamasına əsasən, hazırkı prezident Qəzvani səslərin 56,12 faizini qazanıb.
O, 550 min seçicinin səsini toplayaraq qalib elan edilib.
Qeyd edək ki, seçkidə iştirak nisbətinin 55 faizdən bir qədər yuxarı olduğu bildirilib.
Ceyhun
Gununsesi.info