Ukrayna və Gürcüstan arasında bərə reysləri bərpa olunacaq

Ukrayna Gürcüstanla bərə əlaqəsini bərpa edəcək.

Gununsesi.info xəbər verir ki bu barədə Ukraynanın “Ukrferry” gəmiçilik şirkətinin saytında bildirilib.

Cədvələ əsasən, bir bərə Çernomorsk (Odessa vilayəti) – Batumi marşrutu üzrə hərəkət edəcək.

Səyahət vaxtı təxminən 60 saat olacaq və ilk reys iyulun 9-na planlaşdırılıb.

Almaniya istehsalı olan, 250 sərnişin üçün nəzərdə tutulmuş və göyərtəsində müxtəlif sinif kabinələri olan Kaunas avtomobil-dəmir yolu/sərnişin bərəsi marşrut üzrə yola düşəcək.

Bərə eyni zamanda 49 universal dəmir yolu vaqonunu və 50 ağır yük maşını qəbul edə bilən iki yük göyərtəsi ilə də təchiz olunub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Ukrayna ilə Gürcüstan arasında bərə reysləri dayandırılıb.

 

 

 

Şəbnəm

Gununsesi.info