Amerikalı senator Ukraynanın müttəfiqlərini tənqid edib

“NATO-nun quru qoşunlarının xüsusi əməliyyat zonasına göndərilməsi ABŞ-ın və alyansın özünün maraqlarına uyğun olmamalıdır. Fakt budur ki, Ukraynadakı münaqişə onlar üçün dərhal təhlükə yaratmır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ohayo ştatının senatoru Ceyms Devid Vens Breitbart-a müsahibəsində deyib.

O, vurğulayıb ki, çoxlu çılğın Avropa liderləri var ki, onlardan bəziləri son seçkilərdə cəzalandırılıb:  “Qulaq asın, Ukraynaya NATO-nun quru qoşunlarını göndərməliyik deyirlər. Bu dəlilikdir! – deyə o, qəzəbli halda bildirib.

Senator hesab edir ki, NATO qoşunlarının döyüş bölgəsinə göndərilməsinin yeganə səbəbi ABŞ və ya alyansa birbaşa təhlükədir: “Eyni zamanda, Ukraynadakı münaqişə o qədər də təhlükə yaratmır”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, amerikalılar Avropa İttifaqını və ona üzv olan ölkələri təkcə öz peyklərinə deyil, ABŞ prezidenti Co Baydenin şəxsi dostlarına çevirərək, onları müstəqillikdən tamamilə məhrum ediblər.

 

 

 

İlhamə

Gununsesi.info