UNICEF: Qəzzada uşaqlar 8 aydır kabus yaşayır

UNICEF-in Yaxın Şərq və Şimali Afrika Regional Direktoru Adele Xodr Qəzzada uşaqların vəziyyətindən yazıb.

Gununsesi.info xəbər verir ki, Khodr bu barədə sosial media hesabında bildirib:

“Son 10 gündə Rəfahın müxtəlif yerlərində yandırılmış uşaqların fotolarını gördük. İsrail qüvvələri Birləşmiş Millətlər Təşkilatının Fələstinə Yardım və İş Agentliyinə heç bir xəbərdarlıq etmədən məcburi köçkünləri məhv edib”.

O, Qaçqınlar Düşərgəsində mülki şəxslərin yerləşdiyi məktəbə dəhşətli hücumlara da toxunub.

Hücumunda ən az 35 nəfərin öldüyünü, çoxlu sayda insanın isə yaralandığını qeyd edən Xodr, bütün bunların yalnız son 10 gündə baş verdiyini bildirib: ” Qəzzada davam edən hücumlar səbəbilə uşaqlar kabus yaşayırlar. 8 aydır ki, böyük dağıntılar, ağrılar, iztirablar davam edir.”

O, son hücumlardan sonra Qəzzada təhlükəsiz yer olmadığını deyib: “İsrailin hücumlarının dayandırılması üçün təcili tədbirlər görülməsə dünyanın gözü qarşısında uşaq ölümləri davam edəcək”.

Xatırladaq ki, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındıqları UNRWA məktəbinə hücumu nəticəsində 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.

 

 

Gununsesi.info