Gədəbəydə kürəkən yaşlı qaynanasını döyərək xəsarət yetirib

  • By ilhame
  • 19 İyun 2024 22:10

Gədəbəy rayonunda yaşlı qadın döyülərək xəsarətlər alıb.

 

Gununsesi.info-nun məlumatına görə, rayon sakini, 1959-cu il təvəllüdlü Z.Əhmədova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Yaxınları qadının kürəkəni tərəfindən döyüldüyünü bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info