Azərbaycanın daha iki güləşçisi Tatarıstanda medal qazanıb

  • By ilhame
  • 19 İyun 2024 20:56

Azərbaycanın qadın güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında bu gün 2 medal qazanıblar.

 

Gununsesi.info xəbər verir ki, Elnurə Məmmədova (53 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə bürünc medala sahib çıxıb.

 

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə mükafatçılar müəyyənləşəcək.

Gununsesi.info