
Rusiyalı məşhur modelyer Vyaçeslav Zaitsevin oğlu Eqor Zaitsev 64 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, xərçəng xəstəliyinin ağırlaşması səbəbindən dünyasını dəyişib.
Zaitsevin ilk öncə yoğun bağırsağında, sonra isə ağciyərində və qaraciyərində şiş aşkarlanıb.
Eqor Zaitsev 8 fevral 1960-cı ildə anadan olub. Rusiya Dövlət Universitetini bitirən Zaitsev 1983-cü ildən atasının Moda Evində işləyib.
2019-cu ildə modelyer moda evinin baş direktoru vəzifəsini icra edib və eyni zamanda universitetdə dərs deyib.
O, həmçinin kütləvi istehlakçıya yönəlmiş hazır geyim kolleksiyaları olan YeZ adlı şəxsi geyim xəttinə sahib idi.
Qeyd edək ki, onun atası Vyaçeslav Zaitsev 2023-cü ildə 85 yaşında vəfat edib.
Günay
Gununsesi.info