Məkkədə dəhşətli istilərdən ölənlərin sayı durmadan artır - SON RƏQƏM

  • By admin
  • 20 İyun 2024 07:15

Havaların temperaturunun 52 dərəcəyə çatdığı Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən zəvvarlar arasında ölüm halları artmqdadır.

Gununsesi.info-nun  xarici mediaya istinadən verdiyi xəbərə görə, artıq dözülməz istilərdən ölənlərin sayı 600-ə yaxıblaşıb.

Məlumatda qeyd olunur ki, 3 minə yaxın insan isə günvurmadan xəstəxanaya yerləşdirilib.

Fransa xəbər agentliyinə (AFP) ərəb diplomatları bildiriblər ki, ölənlərdən ən azı 323-ü Misir, 60-ı İordaniya vətəndaşı olub və onların əksəriyyəti istiliklə bağlı xəstəliklərdən ölüb.

Səudiyyə dövlət televiziyası bazar ertəsi günü Məkkənin Məscidül-həramının kölgəsində temperaturun 51,8 dərəcəyə yüksəldiyini bildirib.

Bu arada Türkiyə mediası yazır ki, istilərdən ölənlərdən 23-ü bu ölkənin vətəndaşıdır.

Günay

Gununsesi.info