Cəlilabadda iki nəfər göldə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

 

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Əlavə məlumat veriləcək.