AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb

  • By ilhame
  • 19 İyun 2024 21:58

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya – Macarıstan matçı başa çatıb.

 

Gununsesi.info xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

 

Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına da qalib gəlmişdi – 5:1.

Gununsesi.info