Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

  • By ilhame
  • 19 İyun 2024 21:10

Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

 

Gununsesi.info-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

 

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

Gununsesi.info