
Fələstinə verdiyi dəstəyə görə Tramp administrasiyasının hədəfində olan və 400 milyon dollarlıq maliyyəni kəsən Kolumbiya Universiteti 180-ə yaxın əməkdaşını ixtisar etdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -dəki Kolumbiya Universiteti rəsmiləri maliyyə kəsilməsi səbəbindən xərcləri azaltmaq məcburiyyətində qaldıqlarını açıqladılar.
Rəsmilər, universitetdə işləyən və federal maliyyə alan təxminən 180 nəfərin işdən çıxarıldığını açıqladı.
Universitetin sözçüsü Jessica Murphy, universitetin “maliyyə çevikliyini artırmaq” üçün təqaüdə çıxmağı təşviq edən proqramlar da daxil olmaqla bir sıra addımlar atdığını söylədi.
Merfi, Kolumbiyadakı tədqiqatların sayının azalacağını, bəzi işlərin tamamilə dayandırılacağını, davam edən işlərin alternativ maliyyə mənbələri ilə davam etdiriləcəyini ifadə etdi.
Səlahiyyətlilər bu qərarın xroniki xəstəliklərin müalicəsi ilə bağlı araşdırmalardan xərçəng tədqiqatlarına qədər bir sıra layihələrə təsir edəcəyini söylədi.
Orxan