Finlandiyada qırıcı təyyarə qəzaya uğrayıb

Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 Hornet qırıcı təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb. Pilotun təyyarədən tullanaraq xilas olduğu bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Finlandiyada “F/A-18 Hornet” tipli qırıcı təyyarənin qəzaya uğradığı açıqlanıb . Silahlı qüvvələrdən verilən açıqlamaya görə, insident ölkənin şimalındakı Rovaniemi hava limanı yaxınlığında baş verib.

Açıqlamada pilotun təyyarədən tullanaraq xilas olduğu bildirilib. Qəzanın səbəbləri barədə hələ ki, ətraflı məlumat verilməyib. 

Finlandiyanın YLE ictimai yayımı xəbər verir ki, hadisə yerindən qara tüstü qalxıb. Hadisə yerinə çoxlu təcili tibbi yardım maşını göndərilib. 

Finlandiyanın 1992-2000-ci illər arasında alınmış 62 fəlakətli Hornet döyüş təyyarəsi var. Ölkə bu döyüş təyyarələrini 2021-ci ildə Lockheed Martin tərəfindən istehsal olunan F-35-lərlə əvəz etmək qərarına gəlib. 

Gununsesi.info