
İsrailin NSO Group şirkəti WhatsApp və onun ana şirkəti Meta-ya 1400 hesabın sındırılması ilə bağlı məhkəmədə təzminat ödəyəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin casus proqram təminatı nəhəngi NSO Group WhatsApp onlayn mesajlaşma proqramında 1400-ə yaxın hesabın sındırılmasına görə WhatsApp və onun ana şirkəti Meta-ya təqribən 170 milyon dollar təzminat ödəməyə məcbur edilib. Şirkət, NSO Group, Pegasus adlı mübahisəli casus proqramı ilə tanınır.
Politico-ya görə, ABŞ-ın federal məhkəməsi çərşənbə axşamı 2019-cu ildə başlayan iş üzrə qərar çıxararaq NSO Group-un proqram vasitələrinin WhatsApp hesablarının sındırılmasında və təzminat verilməsində rol oynadığını müəyyən edib.
Meta-nın sözçüsü tərəfindən verilən açıqlamaya görə, məhkəmənin qərarında bir günlük münsiflər heyətinin müzakirəsindən sonra 440 milyon dollarlıq təzminat üzərinə təqribən 167 milyon dollar cəza təzminatı daxildir.
İşlə bağlı paylaşılan məlumata görə, 2019-cu ildə 1400-ə yaxın WhatsApp hesabı sındırılıb ki, onların da əksəriyyəti qeyri-hökumət təşkilatlarında çalışan şəxslərə məxsus olub. Vəziyyət üzə çıxandan sonra WhatsApp qanuni tədbir görüb.
Orxan