Tramp Kamala Harrisi “qüsurlu” adlandırıb

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp demokrat rəqibi Kamala Harrisin qüsurlu olduğunu və müsahibə verə bilmədiyini deyib.

Gununsesi.info xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.

Siyasətçi Harrisin niyə çox müsahibə vermədiyinə təəccüblənib: “O, çox yaxşı olmasa da, sadəcə müsahibə verməli idi”.

Tramp qeyd edib ki, indi aydındır ki, “o, qüsurlu insandır” və ABŞ-a “başqa bir qüsurlu şəxs prezident kimi lazım deyil”.

Daha əvvəl YouGov sorğusu göstərmişdi ki, Harrisin rəqibi Tramp üzərindəki üstünlüyü həftə ərzində 2 faiz bəndinə qədər azalıb.

Nəşrin yazdığına görə, Harris hələ də Trampı bir qədər qabaqlayır, lakin həftə ərzində liderlik 1 faiz bəndi daralıb və hazırda 2 faiz bəndidir.

 

 

 

Şəbnəm

Gununsesi.info