Ukraynanın Rusiyanın ərazisini işğal etməsi qanunidir

  • By Günel
  • 31 Avqust 2024 13:02

Ukraynanın Rusiyanın Kursk bölgəsini işğal etməsi qanunidir və Kiyevin özünümüdafiə hüququna aiddir.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alman mediasına müsahibəsində deyib.

“Ukraynanın özünü müdafiə etmək hüququ var. Beynəlxalq hüquqa görə, bu hüquq sərhədlə məhdudlaşmır”, – o deyib.

Stoltenberq NATO-nun Ukraynanın planları barədə əvvəlcədən məlumatlandırılmadığını və bu planlarda heç bir rol oynamadığını da bildirib.

NATO-nun baş katibi onu da qeyd edib ki, Ukrayna Rusiya ərazisinə daha da dərinləşərək riskə gedir, lakin hərbi kampaniyanı necə aparacağı Kiyevdən asılıdır.

Gununsesi.info