Yens Stoltenberq: “Ukraynanın özünümüdafiə hüququ var”

“Ukraynanın özünümüdafiə hüququ var və beynəlxalq hüquqa görə, bu hüquq sərhəddə bitmir”.

 

Gununsesi.info Reuters-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alman mətbuatına açıqlamasında deyib.

 

Bu, Yens Stoltenberqin Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinə hücumu ilə bağlı ilk şərhidir.

 

Stoltenberq həmçinin bildirib ki, NATO rəhbərliyinin Ukraynanın planları barədə əvvəlcədən məlumatı yoxdur.

Bundan əvvəl digər Qərb siyasətçiləri də oxşar bəyanatlar vermişdilər.

Eyni zamanda, NATO rəhbəri hesab edir ki, Ukrayna Kursk əməliyyatına görə təhlükə altındadır, lakin onun sözlərinə görə, Kiyev hərbi əməliyyatların necə aparılacağına özü qərar verməlidir: “Prezident Zelenski açıq şəkildə bildirib ki, əməliyyat Rusiyanın növbəti hücumlarının qarşısını almaq üçün bufer zona yaratmaqdır. Bütün hərbi əməliyyatlar kimi, bu, risklərlə bağlıdır, lakin özünü necə müdafiə etmək Ukraynanın öz işidir”.

 

 

İlhamə

Gununsesi.info