60 yaşlı qadın 4 gündən sonra ölü halda tapıldı

ABŞ-ın Arizona ştatının sakini, 60 yaşlı Denise Prudhomme Wells Fargo bank korporasiyasının ofisində dörd gün ölü qalıb.

Gununsesi.info NBC News-a istinadən xəbər verir ki, qadının işə son gəlişi giriş sistemi tərəfindən avqustun 16-da qeydə alınıb.

Həmkarları qadının həftənin əvvəlində işə gəlməməsinə diqqət yetirməyiblər və yalnız xoşagəlməz qoxudan şikayətləniblər.

İlkin məlumatlara görə, qadın təbii səbəblərdən ölüb.

 

 

Günay

Gununsesi.info