Autizmli uşağın anası Disneylanddən şikayət edib

Autizmli uşağın anası Disneyland parkının işçilərindən şikayət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Los Angeles Times yazıb.

Qadının sözlərinə görə, ona ziyarətçilərin növbəsiz keçməsinə imkan verən xüsusi bilet verməyiblər.

Bildirilib ki, autizm xəstəliyindən əziyyət çəkən səkkiz yaşlı bir uşağın bu emosional reaksiyasını idarə etmək çətin və onu sakitləşdirmək uzun müddət çəkib.

Daha əvvəl bildirilmişdi ki, Disney güzəştlərdən sui-istifadənin qarşısını almaq üçün biletlərin alınması qaydalarını dəyişib. Keçid Disneyland və Disney World-də 2013-cü ildən etibarlıdır.

Park ziyarətçiləri dəyişikliklərə qarşı petisiya yaradıblar. Onlar əlillərin hüquq və ehtiyaclarını diqqətdən kənarda qoymamağa çağırırlar.

 

 

Şəbnəm

Gununsesi.info