Seçkilərdə müşahidəçilərin sayı açıqlanıb

  • By ilhame
  • 31 Avqust 2024 13:34

Azərbaycanda müşahidəçilərlə bağlı ümumi rəqəm 112 min 749-dur”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, namizədliyi qeydə alınan şəxslərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir: “Ümumilikdə 990 namizədimizdən 676-sının siyasi mənsubiyyəti var. Namizədlərdən 371 nəfərin də siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Qalanları isə öz tərəfindən irəli sürülən namizədlərdir. Səsvermə günü hər dairəyə 7-dən artıq namizəd düşür”.

 

M. Pənahov həmçinin bildirib ki, 69 ölkə və 51 qurumdan 598 beynəlxalq müşahidəçi qeydə alınıb.

Gununsesi.info