Rus təyyarələri sərhədi pozdu

Rusiyanın 4 döyüş təyyarəsi Finlandiya hava məkanını pozub.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Xidmətinin bəyanatında deyilir.

Departamentin məlumatına görə, sərhəd ölkənin 2,5 kilometr dərinliyində uçan iki bombardmançı və iki qırıcı tərəfindən pozulub.

“Bu işlə bağlı araşdırma gələn həftə davam edəcək”, – deyə sərhəd rəsmiləri bildirib.

Bundan əvvəl məlum olub ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin mühafizəsi üçün minlərlə hərbçi cəlb etmək imkanını nəzərdən keçirir.

 

 

 

Gununsesi.info