Hindistanda partlayış olub

  • By ilhame
  • 13 İyun 2024 20:06

Hindistanın qərbindəki Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı partlayıcı istehsal edilən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

 

Məlumata görə, partlayış “Chamundi Explosive” şirkətinin qablaşdırma sexində baş verib, ölənlər arasında beş qadın var.

 

Polis hadisənin səbəblərini araşdırır.

Gununsesi.info