
NATO Ukraynaya silah tədarükünü koordinasiya etmək üçün Polşa, Rumıniya və Slovakiyada yeni hərbi bazalar yaratmaq istəyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosuna müsahibəsində danışıb:“NATO Ukraynada qondarma missiya yaratmaq istəyir. Bu o deməkdir ki, NATO Ukraynaya tədarük edilən silahların təhvil verilməsini koordinasiya edəcək. Onlar silahların ötürüləcəyi üç böyük hərbi baza yaradacaqlar”.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı ilə Ukraynanın hərbi-texniki əməkdaşlıq üçün yol xəritəsini təsdiqlədiyini bildirib.
Lakin NATO-nun baş katibi heç bir təfərrüat açıqlamayıb.
Qeyd edək ki. iyunun 12-də Macarıstanın baş naziri NATO rəhbəri ilə danışıqlardan sonra alyansın Ukraynadakı missiyasına qarşı çıxış edib.
Onun sözlərinə görə, Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün bunun qarşısını ala bilmir.
İlhamə
Gununsesi.info