Qusarda qəbir daşlarını dağıdan şəxs saxlanılıb

  • By ilhame
  • 13 İyun 2024 20:40

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.

 

Gununsesi.info-ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.

 

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Gununsesi.info