
İngiltərə kralı III Çarlzın portreti olan 5, 10, 20 və 50 funt-sterlinq əskinaslar bu gündən bütün ölkə üzrə dövriyyəyə buraxılıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı İngiltərə Bankından (BoE) məlumat yayıb.
Bildirilir ki, Kraliça II Yelizavetanın portreti olan əskinaslar ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək.
Köhnəlmiş əskinasların yerinə yeni əskinaslar buraxılacaq və əskinaslara olan ümumi tələbat artacaq. Buna görə də Kral Çarlzın portreti olan yeni əskinasların yayılmasının kifayət qədər yavaş olacağı gözlənilir.
BoE Qubernatoru Endryu Beyli əskinasların tədavülə girməsindən məmnun olduqlarını ifadə edərək, bunun tarixi bir an olduğunu vurğulayıb: “Biz ilk dəfə əskinaslarımızdakı hökmdarı dəyişirik. Nağd pulun bir çox insanlar üçün vacib olduğunu bilirik və ictimaiyyət bunu tələb etdiyi müddətcə əskinasları təqdim etməkdə qərarlıyıq”.
Qeyd edək ki, Kral Çarlzın portreti olan ilk əskinaslar ötən il çap edilib. Əskinaslarda əks olunan Kral Çarlzın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.
Afət
Gununsesi.info