Baydenin G7 sammitində davranışı qəribə adlandırılıb

ABŞ prezidenti Co Bayden İtaliyada keçirilən G7 sammitində paraşüt nümayişindən sonra “sərgərdan gəzməyə” başlayıb.

Gununsesi.info xəbər verir ki,bu barədə “The New York Post” yazır.

Bu səbəbdən ölkənin baş naziri Giorgia Meloni onu yenidən liderlər qrupuna “qaytarmalı” oldu. Kadrlarda prezident qrupdan bir neçə addım uzaqlaşaraq paraşütçülərdən birinə yaxınlaşıb, ona hansısa söz deyərək, bəyənən jest göstərib.

Daha əvvəl Bayden ölkələrin adlarını qarışdırdı və dil sürüşməsi nəticəsində Vaşinqtonun “Ukraynaya qarışmaq” qərarını tənqid edib.

Bundan sonra o, İraq və Əfqanıstanı nəzərdə tutduğunu dəqiqləşdirərək, özünü düzəldib.

Prezident əlavə edib ki, İraqı işğal etmək qərarı yeni problemlər yaradıb.

 

 

 

İlhamə

Gununsesi.info