
Musk Apple-ın OpenAI hərəkətini “qəbuledilməz təhlükəsizlik pozuntusu” adlandırıb.
SpaceX və Tesla şirkətlərinin sahibi, amerikalı iş adamı Elon Musk bazar ertəsi gecə X-də verdiyi açıqlamada, süni intellekt texnologiyaları istehsal edən OpenAI-nin məşhur söhbət botu ChatGPT-nin iPhone-lara inteqrasiya ediləcəyi təqdirdə Kaliforniya texnologiya nəhəngi Apple-ın məhsullarının şirkətlərində qadağan olunacağını açıqladı.
“Əgər Apple əməliyyat sistemi səviyyəsində OpenAI-ni inteqrasiya edərsə, Apple məhsulları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, yolverilməz bir təhlükəsizlik pozuntusudur” deyə Musk bildirib. O, əlavə edib ki, “Apple”ın “öz süni intellektini istehsal edəcək qədər ağıllı olmaması, lakin bir şəkildə OpenAI-nin təhlükəsizliyinizi və məxfiliyinizi qoruyacağına zəmanət verə biləcəyi absurddur.
Afət
Gununsesi.info