
McDonald’s fast food restoranlar şəbəkəsi quş əti məhsullarının satışı üçün Avropa İttifaqında “Big Mac” ticarət nişanından istifadə hüququnu itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İrlandiyanın Supermacʼs kafelər şəbəkəsinin iddiası üzrə bu qərarı Avropa Ümumi Yurisdiksiya Məhkəməsi verib.
Məlumata görə, digər restoranlar artıq Aİ-də quşçuluq burgerləri, o cümlədən toyuq əti satmaq üçün Big Mac ticarət nişanından sərbəst istifadə edə bilərlər.
Bildirilir ki, Toyuq kotletli Big Mac ABŞ və Böyük Britaniyada geniş yayılıb, lakin Aİ ölkələrində belə burger əlavə menyuya daxil edilib. Bununla belə, McDonald’s hələ də mal əti Big Mac sata bilər.
McDonaldʼs Big Mac ticarət nişanını 1996-cı ildə Avropada həm qida, həm də xidmətlər üçün qeydiyyatdan keçirib. 2017-ci ildə Supermac’s bu brendə olan hüquqların ləğvi üçün ərizə verib və bildirib ki, amerikalı rəqib uzun müddətdir ki, ticarət nişanından istifadə etmir.
İki il sonra Aİ-nin Əqli Mülkiyyət İdarəsi (EUIPO) İrlandiya şəbəkəsinin tələblərini qismən təmin edib. Məlumata görə, EUIPO Big Mac ticarət nişanının McDonald’s-a quş ətindən, o cümlədən toyuqdan hazırlanan qida məhsulları, eləcə də bir sıra xidmətlər ilə bağlı verdiyi mühafizəni qüvvədə saxlayıb.
Avropa Məhkəməsi indi Supermac-ın EUIPO-ya qarşı iddiası ilə bağlı qərar verib. Məhkəmə, agentliyin 2019-cu il qərarını qismən ləğv edib. AB-nin Amerika zənciri üçün Big Mac brendindən istifadə hüquqlarını daha da məhdudlaşdırıb.
Qeyd olunur ki, McDonald’s zəncirin toyuq burgerləri də daxil olmaqla bir sıra xidmətlər və qida məhsulları ilə bağlı beş ildir mübahisəli ticarət nişanından istifadə etdiyini sübut edə bilməyib.
Gununsesi.info