Tesla Maskın rekord təzminat ödəməsini istəyir

Amerikalı avtomobil istehsalçısı Tesla-nın səhmdarları şirkətin baş direktoru İlon Maska 56 milyard dollarlıq rekord məbləğdə kompensasiya paketi ödəməyə səs veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə sahibkar X sosial şəbəkəsində məlumat verib.

Səhmdarlardan icraçıların təzminatı məsələsi ilə yanaşı, Tesla-nın hüquqi qeydiyyatının Delaverdən Texasa köçürülməsi ilə bağlı fikirlərini bildirmələri də istənilib.

Hər iki səhmdar qərarı əhəmiyyətli səs çoxluğu əldə edir. Dəstəyinizə görə təşəkkür edirəm”, – Mask yazıb.

Səsvermənin rəsmi nəticələri iyunun 13-ü axşam saatlarında elan olunacaq.

 

 

İlhamə

Gununsesi.info